Bakı. Trend:
“iPhone-17”nin sentyabrda xəttə buraxılacağı anonsundan sonra “Apple” şirkəti iOS 26, iPadOS 26 və macOS Tahoe 26 tətbiqlərinin final versiyalarını buraxmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu yenilənmə trendi ilə kompaniyanın cihazları “OpenAI” şirkətinin “Apple Intelligence” proqramına inteqrasiya edilən ən yeni GPT-5 neyroşəbəkəsinə daxil ola biləcək.
İnsayderlərin fikrincə, “Apple” yerli modellər üçün əlçatmaz olan resurs tutumlu və mürəkkəb vəzifələri həll etmək üzrə GPT-5-dən istifadə etmək niyyətindədir. Beləliklə, şirkət GPT-4o-nun istifadəsindən imtina edərək “Siri” və digər xidmətlərin imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə hazırlaşır.
“Apple Intelligence” hazırda məhdud rejimdə GPT-4o-dan istifadə edir, bu funksiyanı aktivləşdirən istifadəçilərə sənədlərin xülasəsini yaratmaq, mətn yazmaq, “Siri” vasitəsilə suallara cavab almaq, kamera ilə obyektləri tanımaq kimi tapşırıqları yerinə yetirmək imkanı verir.