...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 11.00-dən 17.45-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə, saat 23.30-dan 23.55-dək Füzuli rayonu ərazisindəki adsız yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti