...

Azərbaycanlı əsirlərin Ermənistanda taleyi naməlum olaraq qalır - Milli Məclisin deputatı Qənirə Paşayeva

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2008 02:20 (UTC +04:00)
Azərbaycanlı əsirlərin Ermənistanda taleyi naməlum olaraq qalır - Milli Məclisin deputatı Qənirə Paşayeva

Fransa, Strasburq, 26 iyun / Trend müxbir A.Məhərrəmli/ Azərbaycanlı əsirlərin Ermənistanda taleyi naməlum olaraq qalır. Bu bəyanatla Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvü Qənirə paşayeva Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinə dair bu gün AŞPA-da keçirilən müzakirələrdə çıxış edib.

Q.Paşayeva çıxışını erməni-azərbaycan münaqişəsinin tarixcəsindən danışaraq parlament nümayəndələrinə qısa olaraq dağlıq-qarabağ münaqişəsi zamanı ölənlər, yaralanlar və itkin düşənlər barədə məlumat verdi.

Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycanın itkin düşmüş, girov götürülmüş vətəndaşları Dövlət Kommissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslər haqqında məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi" imzalanmışdır, Ermənistan bizim əsirlərə olan münasibəti dəişməyib.

"Təsüflər olsun ki, hələ indiyə dək əsirlərin siyasi məqsədlərdə istifadəsi və Ermənistan xüsusi xidmət orqanları tərəfində çalışmaları yolunda işlər aparılır", - deyə Q.Paşayeva qeyd etdi.

"Əsirlərlə bu cür davranış tərzi insan haqlarına, beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Ermənistanın həm də humanitar sahədə əməkdaşlıqdan imtina etməsi deməkdir", - deyə deputat qeyd etdi.

Bundan sonra Q.Paşayeva AŞPA deputatlarına "Bizi əsirlikdən qurtarın! kitabını təqdim etdi.

"Bu çağırış insan haqlarının qorunması dəyərləri üzərində qürülmüş AŞPA, QXK və onun prezidenti cənab Kellenberq sizə ünvanlanıb.

Biz sizdən o insanları əsirlikdən qurtarmaq üçün səylərinizi daha da artırmanızı gözləyirik. Biz ümid edirik ki, QXK azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərin geri qaytarılması sahəsində daha ədalətli və obyektiv olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti