...

Bizim məqsədimiz Qafqaz və Xəzər regionu ölkələrini stabil və demokratik görməkdir – ABŞ-ın səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2008 11:50 (UTC +04:00)
Bizim məqsədimiz  Qafqaz və Xəzər regionu ölkələrini stabil və demokratik görməkdir – ABŞ-ın səfiri

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir R.Novruzov/ ABŞ Qafqaz və Xəzər regionunu demokratik və stabil görmək istəyir.

"Bizim Qafqazda və Xəzər regionunda məqsədlərimiz - region ölkələrini stabil, demokratik və çiçəklənən görməkdir", - deyə çərşənbə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Səfir bildirib ki, Gürcüstandakı hadisələr göstərdi ki, münaqişələri, xüsusilə də "dondurulmuş münaqişələr"i diplomatik yolla həll etmək vacibdir.

Dersi ABŞ-ın vitse-prezidenti Dik Çeyninin bu yaxınlarda regiona səfəri zamanı Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd etdiyini bildirib. O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi bu və digər mühüm prinsiplər əsasında həll olunmalıdır.

"ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirak edir və bu səylərini davam etdirmək niyyətindədir", - deyə səfir bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti