...

Ermənistan XİN-in rəhbəri öz azərbaycanlı həmkarı ilə görüşməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2009 19:39 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan azərbaycanlı həmkarl Elmar Məmmədyarovla görüşməyə razılıq verib, - Novosti - Armeniya agentliyi yazır.

"Azərbaycan görüşə öz razılığını verib və mən etiraz etmirəm. Ümid edirəm ki, görüş baş tutacaq", - o? çərşənbə günü jurnalistlərə bildirib.

Ermənistan XİN-in rəhbəri aydınlaşdırıb ki, Ermənistan və Azərbaycanın xarici siyasət idarələri başçılarının görüşü iki ölkə prezidentlərinin görüşünədək, ola bilsin, Sürixdə baş tutacaq.

"Prezidentlərin gözlənilən görüşünədək Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin görüşünün təşkili ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsüdür", - Nalbandyan deyib.

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun əvvəllər bildirdiyinə görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində növbəti görüşü yanvarın 28-də Davosda iqtisadi sammitdə baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti