...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2009 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 2-də saat 21.45-dən 22.05-dək Ermənistan Respubliksaının Noyemberyan rayonunun Vosyevan kəndi ərzisində yerləşən mövqelərindən Qazax rayonunun Quşçu Ayrım və Bala Cəfərli kəndlərindəki üzbəüz mövqelərimizi, saat 9.25 dən 9.30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.30-dan16.55-dək Xocəvənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti