...

Heç bir dövlət və ya beynəlxalq təşkilat öz müstəqilliyini elan edən "DQR"i tanımır – Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2009 14:13 (UTC +04:00)
Ermənistan tərəfi artıq 18 ildir ki, beynəlxalq cəmiyyət tərəfindən öz müstəqilliyini elan edən “Dağlıq Qarabağ Respunlikası”nın tanınmasına ümid edir, lakin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək hələ heç bir dövlət və ya beynəlxalq təşkilat, bu qondarma qurumu tanımayıb və tanımır, çərşənbə günü Trend News-a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.
Heç bir dövlət və ya beynəlxalq təşkilat öz müstəqilliyini elan edən "DQR"i tanımır – Azərbaycan XİN

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir S.Ağayeva /

Ermənistan tərəfi artıq 18 ildir ki, beynəlxalq cəmiyyət tərəfindən öz müstəqilliyini elan edən "Dağlıq Qarabağ Respunlikası"nın tanınmasına ümid edir, lakin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək hələ heç bir dövlət və ya beynəlxalq təşkilat, bu qondarma qurumu tanımayıb və tanımır, çərşənbə günü Trend -a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.

"Əksinə, dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü, ölkənin beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərini tanıyır və dəstəkləyir", - Poluxov bildirib.

Sentyabrın 2-də "Dağlıq Qarabağ Respublikası"nın öz müstəqilliyini elan etməsinin 18 illiyi tamam olur.

Dağlıq Qarabağın erməni icmasına müraciətində "DQR"in Baş naziri Ara Arutyunyan müstəqilliyin elan edilməsinin 18-ci ili ilə əlaqədar "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq cəmiyyət tərəfindən tanınacağına ümid etdiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti