...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2009 09:18 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 6-da saat 15.40-dan 16.00-dək, Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.10-dan 16.20-dək, 22.05-dən 22.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.10-dan 17.25-dək və dekabrın 7-də saat 04.20-dən 04.30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti