...

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2010 00:52 (UTC +04:00)
Mayın 23-də Dağlıq Qarabağda belə adlandırılan "qanunvericilik seçkiləri" təşkil edilmişdir. Bununla əlaqədar Fransa xatırladır ki, Avropa İttifaqının, eləcə də Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyətin nümunəsində Dağlıq Qarabağın müstəqilliyini tanımır
Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır - XİN

Azərbaycan, Bakı, 26 May /Trend, müxb. İ.Hüseynov/

Mayın 23-də Dağlıq Qarabağda belə adlandırılan "qanunvericilik seçkiləri" təşkil edilmişdir. Bununla əlaqədar Fransa xatırladır ki, Avropa İttifaqının, eləcə də Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyətin nümunəsində Dağlıq Qarabağın müstəqilliyini tanımır, Fransa XİN-in bəyanatında bildirilir, bu barədə Trend-ə Azərbaycanın Parisdəki səfirliyində məlumat verilib.

"Dağlıq Qarabağ münaqişəsinin bütün aidiyyəti tərəflər üçün məqbul olan dinc həlli şərtləri həmsədrlik edən üç ölkə - Fransa, ABŞ və Rusiyanın vasitəçiliyi ilə ATƏT-in Minsk Qrupunda aparılan danışıqların mövzusunu təşkil edir. Bununla bağlı, 23 may "seçkiləri" heç bir halda getməkdə olan tənzimləmə prosesinin gələcəyinə təsir göstərə və bu tənzimləmənin ümumi çərçivəsində Dağlıq Qarabağın gələcək statusunu öncədən müəyyən edə bilməz", - Fransa XİN-in bəyanatında deyilir.

Sənəddə qeyd olunub ki, Fransa, amerikan və rus tərəfdaşları ilə birgə, xüsusilə Helsinki Yekun Aktının gücdən və onunla hədədən istifadə etməmə, ərazi bütövlüyü, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi kimi prinsiplərinə əsaslanan saziş vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin tarazlı və danışılmış siyasi həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan rəhbərlərini dəstəkləmək barədə güclü əzmini bir daha təsdiq edir.

Cənubi Qafqaz ölkələri arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti