...

Azərbaycanda Ağdam haqqında yeni sayt istifadəyə verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2010 10:44 (UTC +04:00)
Azərbaycanın "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdam haqqında yeni sayt/bloq (http://myaghdam.wordpress.com) istifadəyə verib.
Azərbaycanda Ağdam haqqında yeni sayt istifadəyə verilib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdam haqqında yeni sayt/bloq (http://myaghdam.wordpress.com) istifadəyə verib. Bu barədə Trend-ə "İRƏLİ"nin mətbuat xidmətindən məlumat veriblər.

Saytda Ağdam şəhəri haqda ümumi məlumat, tarixi, memarlıq abidələri, mədəniyyəti, qəhrəmanları; televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri; şəhərin avtomobil, dəmir yolları haqqında ətraflı məlumat verilib.

"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcək. Nəzərinizə çatdıraq ki, bu bloqların yaradılması "Mənim Qarabağım! Mənim Azərbaycanım!" devizi altında keçirilir.

Artıq İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib.

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 17 il keçir. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat-kilometr olan Ağdamın 882 kvadrat-kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Xəbər lenti

Xəbər lenti