Azərbaycan, Bakı, 30 iyul /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 29-da saat 16:05-dən 16:20-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16:45-dən 17:05-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən:
- 23:30-dan 23:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığnda yerləşən mövqelərdən;
- saat 23:15-dən 23:40-dək və 23:30-dan 23:40-dək Tərtər rayonunun Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.