...

Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr və döyüş vertolyotları təmas xətti boyunca uçuşlar həyata keçirir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2011 11:24 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr və döyüş vertolyotları Ağdam, Tərtər, Ağcabədi istiqamətində təmas xətti boyunca uçuşlar həyata keçirir.
Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr və döyüş vertolyotları təmas xətti boyunca uçuşlar həyata keçirir (ƏLAVƏ OLUNUB)

Müdafiə Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər 10:58-də yayılıb)

Azərbaycan, Bərdə, 14 aprel /Trend, müxbir Ş.Cəliloğlu/

Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr və döyüş vertolyotları Ağdam, Tərtər, Ağcabədi istiqamətində təmas xətti boyunca uçuşlar həyata keçirir.

Trend-in bölgə müxbirinin məlumatına görə, uçuşların təlim, manevr xarakterli olduğu bildirilir. Uçuşlarda 10-dan artıq qırıcı təyyarə və döyüş vertolyotları iştirak edir.

Uçuşlar fasilələrlə təkrarlanır.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev cəbhə bölgəsindədir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, cəbhə bölgəsində hərbi təlimlər keçirilir. Təlimləri müdafiə naziri genral-polkovnik Səfər Əbiyev şəxsən izləyir.

Sabiroğlu deyib ki, bununla yanaşı, nazir cəbhə bölgəsindəki hərbi hissələrə baş çəkərək, şəxsi heyətin döyüş hazırlığını yoxlayır.

Xəbər lenti

Xəbər lenti