...

Qarabağ münaqişəsi haqqında sənədli film çəkilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2011 11:13 (UTC +04:00)
Qarabağ münaqişəsi haqqında ingilis dilində çəkilən "Kimdir günahkar" yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Bu barədə cümə günü Trend-ə "Demokratik İslahatçı Gənclər" İctimai Birliyindən məlumat verilib.
Qarabağ münaqişəsi haqqında sənədli film çəkilir

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Qarabağ münaqişəsi haqqında ingilis dilində çəkilən "Kimdir günahkar" sənədli filmi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Bu barədə cümə günü Trend-ə "Demokratik İslahatçı Gənclər" İctimai Birliyindən məlumat verilib.

Filmdə süjet xətti Dağlıq Qarabağın işğalı nəticəsində erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş amansızlıqlar barədədir.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi əsasında həyata keçirilən "Qarabağ həqiqətləri: "Kimdir günahkar?" layihəsinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, filmin hazırlanmasında məqsəd probleminin beynəlxalq səviyyədə ictimailəşməsidir.

"Qısametrajlı sənədli filmdə biz Qarabağın işğalı nəticəsində Xocalı, Kərkicahan və digər faciələrdə amansızcasına qətlə yetirilmiş günahsız uşaqlarla bağlı dünya ictimaiyyətinə müraciət olunub." - Hüseynova əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti