...

Ümumdünya Turizm Təşkilatı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə infoturların təşkil edilməsinə münasibət bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2011 13:53 (UTC +04:00)
Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycanın tarixi əraziləri olan və hazırda işğal altında qalan Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən son illərdə infoturların təşkil edilməsinə münasibət bildirib.
Ümumdünya Turizm Təşkilatı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə infoturların təşkil edilməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycanın tarixi əraziləri olan və hazırda işğal altında qalan Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən son illərdə infoturların təşkil edilməsinə münasibət bildirib.

Trend-in məlumatına görə, baş katib çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında ÜTT-nin BMT-nin xüsusi qurumu olduğunu xatırladaraq bildirib ki, bu məsələ ilə bağlı ÜTT-nin fikirləri BMT-nin fikirləri ilə üst-üstə düşür. O deyib ki, ÜTT-nin beynəlxalq qurumlarla fikirlərinin üst-üstə düşməsi çox vacibdir.

Baş katib qeyd edib ki, ÜTT tərəfləri bölgədəki problemi mümkün qədər tez həll etməyə çağırır.

Onun sözlərinə görə, mövcud vəziyyət heç bir tərəfin xeyrinə deyil və bölgənin ümumi inkişafına maneədir.

"Beynəlxalq qurum olaraq biz bütün problemlərin tez bir zamanda həllinə ümid edirik. Biz bütün səyləri göstərəcəyik ki, tərəflərlə işləyərək böyük problemi həll edək", - baş katib deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti