Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 2-də saat 20.20-dən 20.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 3-də saat 03.30-dan 03.50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.40-dan 03.50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
