...

Pakistanın "Daily Ittehad" qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 16:38 (UTC +04:00)
Pakistanda geniş oxucu kütləsinə malik urdu və ingilis dillərində nəşr olunan "Daily Ittehad" qəzetinin ana səhifəsi bütünlüklə Xocalı faciəsinin ildönümünə həsr edilib.
Pakistanın "Daily Ittehad" qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunub

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Pakistanda geniş oxucu kütləsinə malik urdu və ingilis dillərində nəşr olunan "Daily Ittehad" qəzetinin ana səhifəsi bütünlüklə Xocalı faciəsinin ildönümünə həsr edilib. Baş səhifədə Xocalı faciəsi dəhşətlərinin təfsilatlarını verən "Xocalı soyqırımı 20 il - erməni vəhşiliyinin zirvəsi" başlıqlı xüsusi reportaj, həmçinin hadisəni təsvir edən tükürpərdici şəkillər yerləşdirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, qəzetdə Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılmasından, ermənilərin ölkəmizə qarşı qaldırdıqları torpaq iddialarından və apardıqları etnik təmizləmələrdən geniş məlumat verilib. Bildirilib ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu zəbt edilib, işğal nəticəsində 1 milyon insan ata-baba yurdundan didərgin düşüb, 20 min insan qətlə yetirilib.

Reportajda 26 fevral 1992-ci ildə erməni millətçilərinin 366-cı motoatıcı alayın dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini zəbt etdiyi və dinc əhaliyə divan tutduqları vurğulanıb. Yazıda mülki əhaliyə qarşı törədilən soyqırımın təfərrüatlarından, uşaqlara, qadınlara, ahıllara qarşı edilmiş vəhşiliklərdən məlumatlar verilib. Ermənilərin bu aksiyanı məqsədyönlü etdikləri ön plana çəkilib və Ermənistanın indiki prezidenti və müdafiə nazirlərinin bu qırğının fəal iştirakçısı olduqları qeyd edilib. 20 il öncə baş vermiş hadisənin xarici mediada yer tapdığı və nəşr olunmuş məqalələrdən sitatlar gətirilib.

Xüsusi reportajda Pakistanın Dağlıq Qarabağ məsələsində birmənalı mövqeyindən, Ermənistanı bir dövlət kimi tanımadığından, Pakistan Senatının Xocalı soyqırımını tanıyan qətnaməsindən bəhs edilib.

Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

http://dailyittehad.com.pk/e/islamabad/2012-02-25/2

Xəbər lenti

Xəbər lenti