...

Ankarada "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa" filminin təqdimatı olub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2012 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may / Trend müxbir M.Əliyev/

Türkiyənin paytaxtı Ankarada "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin hazırladığı "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" filminin təqdimatı olub. Bu barədə Trend-ə İctimai Birlikdən məlumat verilib.

Filmin ideya müəllifi və baş məsləhətçisi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Şuşanın işğalından bəhs edərək Dağlıq Qarabağ probleminin Türkiyə və bütün türk dünyasının ortaq problemi olduğunu vurğulayıb. O, Türkiyədə təhsil alan azərbaycanlı gənclərə, bütün türk gəncliyinə və türk mətbuatına müraciət edərək, onları Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı, Ermənistanın Şuşada apardığı etnik təmizləmə siyasəti, tarixi-mədəni, dini abidələrimizi, qəbiristanlıqlarımızı dağıtması, bir sözlə, törətdikləri barbarlıqların dünyaya çatdırılmasında daha fəal təbliğat aparmağa çağırıb.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti