...

ABŞ KİV-lərində Şuşanın işğalının ildönümü geniş işıqlandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2012 12:55 (UTC +04:00)
Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı press-reliz ABŞ-ın 90-dək ümumamerika və ştat səviyyəli KİV orqanları tərəfindən dərc edilib.
ABŞ KİV-lərində Şuşanın işğalının ildönümü geniş işıqlandırılıb

Azərbaycan, Bakı, 9 may /Trend/

Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı press-reliz ABŞ-ın 90-dək ümumamerika və ştat səviyyəli KİV orqanları tərəfindən dərc edilib.

Konsulluqdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bunların sırasında, xüsusilə, "ABC-7 San Francisco", "NBC-5 Seattle" və "Northwest Cable News" kimi televiziya kanallarını, "Boston Globe", "Worcester Telegram & Gazette" (Massaçussets ştatı), "Sacramento Bee", "Los Angeles Business" (Kaliforniya ştatı), "The Herald" (Cənubi Karolina ştatı) kimi qəzetləri və "YahooNews" xəbər portalını qeyd etmək olar.

Press-relizdə Şuşa şəhərinin tarixi, Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatının inkişafında oynadığı əvəzolunmaz rol barədə məlumat verilir, Ermənistan tərəfindən işğalı nəticəsində şəhərin bütün əhalisinin didərgin salındığı, saysız-hesabsız mədəniyyət, dini və tarixi abidələrin yerlə-yeksan olunduğu bildirilir. Həmçinin, Şuşanın işğalının Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin mühüm tərkib hissəsi olduğu qeyd olunur. Sonda beynəlxalq birliyin ədalətin bərpası uğrunda effektiv səylər göstərməsinin zəruriliyi vurğulanır və ədalətin yalnız bir halda - Azərbaycan torpaqlarının işğalına son qoyulacağı və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacağı təqdirdə bərpa olunacağı bildirilir.

Xəbər lenti

Xəbər lenti