...

Dağlıq Qarabağ məsələsində vasitəçilik Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına daxildir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2013 10:41 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsində vasitəçilik Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına daxildir.
Dağlıq Qarabağ məsələsində vasitəçilik Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına daxildir

Azərbaycan, Bakı, 19 fevral / Trend, müxbir E.Tarıverdiyeva /

Dağlıq Qarabağ məsələsində vasitəçilik Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına daxildir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rusiya XİN-in rəsmi saytı məlumat verir.

Məlumatda deyilir ki, Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyası 2013-cü il fevralın 12-də Prezident Vladimir Putin tərəfindən təsdiqlənib.

Sənəddə RF-nin xarici siyasət fəaliyyətinin baza prinsipləri üzrə baxışlar sistemi, prioritet istiqamətləri, hədəf və vəzifələri təqdim olunub.

Habelə konsepsiyada deyilir ki, Rusiya MDB məkanında münaqişələrin siyasi-diplomatik yolla nizamlanmasında, Dağlı Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər üzvü olan həmsədr dövlətlərlə qarşılıqlı fəaliyyətdə və Ruisya, ABŞ və Fransa prezidentlərinin 2009-2011-ci illərdə verdikləri birgə bəyanatlarda irəli sürülən əsas prinsiplər əsasında nizamlanmasında iştirakını davam etdirdəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti