...

İslandiyada Xocalı soyqırımının qurbanları anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 17:46 (UTC +04:00)
İslandiyanın Akureyri şəhərində və ətraf rayonlarda yaşayan həmyerlilərimiz, eləcə də digər millətlərin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İslandiyada Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

İslandiyanın Akureyri şəhərində və ətraf rayonlarda yaşayan həmyerlilərimiz, eləcə də digər millətlərin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Xocalı şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirin təşkilatçısı "Azəri" cəmiyyətinin sədri Zakir Con Həsənov iştirakçılara o dəhşətli gecədə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının yaşadığı acılar haqqında məlumat verib. O bildirib ki, erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklər, bir gecədə bütün şəhəri yer üzündən silməsi, 600-dən çox insanı qəddarlıqla qətlə yetirməsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək.

Sonra tədbir iştirakçılarına soyqırımın dəhşətlərini əyani şəkildə göstərmək üçün videoçarx nümayiş etdirilib.

Xocalını anım mərasiminə islandlarla yanaşı, bu ölkədə yaşayan polyak, fin, tailand, rus, belarus, portuqal, latış xalqlarının nümayəndələri də qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti