...

Cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2013 09:39 (UTC +04:00)
Ermənilər mövqelərimizi atəşə tutublar.
Cəbhə xəttində atəşkəs pozulub

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

Ermənilər mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Alxanlı və Ağdam rayonunun Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti