...

Ziyafət Əsgərov: Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması dünyada hələ də ikili standartlar siyasətinin mövcudluğuna dəlalət edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2013 17:04 (UTC +04:00)
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Erix Fritsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ziyafət Əsgərov: Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması dünyada hələ də ikili standartlar siyasətinin mövcudluğuna dəlalət edir

Azərbaycan, Bakı, 25 may /Trend/

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Erix Fritsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmtindən Trend-ə verilən məlumata görə, görüşdə Z.Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan 20-ci əsrdə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu seçib və bu kurs bu gün də həyata keçirilir. Azərbaycan Avropa İttifaqı və onun aparıcı üzvlərindən biri olan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Bildirilib ki, ötən 20 ildə Azərbaycanda köklü demokratik dəyişikliklər baş verib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın demokratik Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Konstitusiyanın əsas hissəsi birbaşa insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilib.

Z.Əsgərov nəzərə çatdırıb ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb, mətbuatın tam sərbəst şəkildə fəaliyyəti üçün böyük imkanlar yaradılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı Avropa dəyərlərini qəbul edir. Bu gün Azərbaycan hüquqi dövlət quruculuğu istiqamətində sürətlə irəliləyir və Avropa strukturları ilə əlaqələrinə diqqətlə yanaşır.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub ki, bu da regionun həm iqtisadi, həm də demokratik cəhətdən inkişafına mane olur. ATƏT-in Minsk qrupu 20 ildir ki, münaqişənin həllinə vasitəçilik etsə də, heç bir nəticə əldə edə bilmir. Ermənistan BMT-nin, o cümlədən digər beynəlxalq təşkilatların münaqişə barədə qəbul etdikləri qətnamələrə məhəl qoymur ki, bu da dünyada hələ də ikili standartlar siyasətinin və ədalətsizliyin mövcudluğuna dəlalət edir.

Almaniya Bundestaqının deputatı Erix Frits Azərbaycanda iqtisadi inkişafla yanaşı, demokratiyanın da inkişafının müşahidə edildiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində mükəmməl qanunvericiliyin olduğunu qeyd edib. Bildirib ki, onlar da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Almaniyada əllərindən gələni edəcəklər.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti