...

Azərbaycan "Yahoo"dan izahat tələb edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2014 17:58 (UTC +04:00)
Oxucularını aralarında Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinin də olduğu tanınmamış ölkələrə turizm turlarına dəvət edən "Yahoo travel" portalı beynəlxalq hüququ pozur.
Azərbaycan "Yahoo"dan izahat tələb edəcək

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Səba Ağayeva/

Oxucularını aralarında Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinin də olduğu tanınmamış ölkələrə turizm turlarına dəvət edən "Yahoo travel" portalı beynəlxalq hüququ pozur. Bunu cümə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ABŞ-dakı səfirliyinə bu məsələni araşdırmaq və müvafiq tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, "Yahoo travel" portalında Dağlıq Qarabağın müstəqil qurum kimi təqdim olunduğu material yerləşdirilib. Materialda ora yalnız Ermənistan ərazisi ilə getmək tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti