...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2015 09:58 (UTC +04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.
Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Kəngərli, Cəvahirli, Mərzili, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti