...

"The Press and Journal": Ermənilərin dağıtdığı Ağdam - Qafqazın Xirosiması

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2015 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Ağdamda baş verənlər Azərbaycan xalqına qarşı soyqırımdır. Trend-in məlumatına görə, bu barədə Şotlandiyanın nüfuzlu "The Press and Journal" nəşrində dərc edilən məqalədə deyilir.

Məqaləsini Ermənistanın işğal etdiyi Azərbaycanın Ağdam şəhərinə həsr etmiş müəllif yazır: "Şübhə etmirəm ki, Ağdamda azərbaycanlıların başına gətirilmiş hadisələr soyqırımdır. Ağdam "Qafqazın Xirosiması"dır".

Müəllif yazır: "1993-cü ilədək 40 min insanın yaşadığı, Azərbaycanın çiçəklənən şəhəri olan, indi isə acınacaqlı vəziyyətə düşmüş Ağdam şəhərinə yola düşürəm. Hazırda Ağdam insan həyatının əlamətləri görünməyən kabuslar şəhəridir. Məni hara aparacağını bilsə də, sürücüm əsəb keçirirdi. Ətrafdakı hər şey dağıdılıb. Şəhər ətrafına yaxınlaşanda o, maşını yavaş sürməyə başladı. Ətrafda olan hər şey dağıdılmışdı, sürücüm daha çox əsəbləşməyə başladı. Deyəsən, onun məndən aldığı 20 avro buna dəyməzdi".

Məqalədə deyilir ki, Ağdamın mərkəzində yalnız bir məscid qalıb: "Sürücüdən daha irəli aparmağı xahiş etdim. O, danışmağa davam etdi: "Bu, yaxşı deyil, yaxşı hal deyil". Məsciddən 100 metr aralıda heç kəsi görmədim, ətrafda qorxunc sakitlik var idi. Məscidə daxil oldum, divarda güllə izləri var idi, yerdə güllələr qalmışdı. Kəskin peyin iyi hiss etdim. Hər şey baxımsız vəziyyətdə idi, müqəddəslikdən əsər-əlamət qalmamışdı. Vaxtilə burada yaşayan və bu məcsidə gələn insanların ağrısını belə təsəvvür edə bilmirəm. Pilləkənlərlə yuxarı qalxdım və tamamilə dağıdılmış şəhərə baxdım".

Onun fikrincə, ermənilər Ağdamdan baş verənlərlə əlaqədar özlərini narahat hiss edirlər və bu barədə danışmağı sevmirlər: "Mən bir neçə foto çəksəm də, orada çox qala bilmədim, çünki əsəbi sürücüm tez-tez saatı göstərir və deyirdi ki, biz qaytmalıyıq. Sonradan anladım ki, Ağdama səfərim həyatımın ən böyük səhvi olub - orada məni izləyirdilər və fotolarımı çəkirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti