...

Müdafiə Nazirliyi: Ən azı 3 erməni hərbçi məhv edilib (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2015 17:57 (UTC +04:00)
Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.
Müdafiə Nazirliyi: Ən azı 3 erməni hərbçi məhv edilib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzunmüddətli atəş nöqtəsi sıradan çıxarılıb.

Məlumata əsasən, erməni tərəfi canlı qüvvə sarıdan ən azı 3 nəfər itki verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti