...

İcra başçısı: Tərtərdə məcburi köçkünün evinə mərmi düşüb, 5 ev tamamilə dağılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2016 10:08 (UTC +04:00)
Erməni silahlı birləşmələrinin ötən gecə Tərtər rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində bir neçə kəndə ziyan dəyib.
İcra başçısı: Tərtərdə məcburi köçkünün evinə mərmi düşüb, 5 ev tamamilə dağılıb

Bakı. Samir Əli - Trend:

Erməni silahlı birləşmələrinin ötən gecə Tərtər rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində bir neçə kəndə ziyan dəyib.

Bunu Trend-ə açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin atdığı mərmilərdən biri İsmayılbəyli kəndində 35/10 kilovatlıq elektrik yarımstansiyasında partlayıb: "Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kəndə elektrik enerjisinin verilməsi dayanıb. Hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır və artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq".

Hadisə nəticəsində bir neçə kənddə 8 mənzilə də ciddi ziyan dəydiyini deyən icra başçısı bildirib ki, onlardan 5 ev və bir mal tövləsi tamamilə dağılıb: "Yuxarı Qapanlı kəndində 1 ev, Əskipara kəndində 3 ev, Seyidimli kəndində isə Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsinin evi və mal tövləsi dağılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti