Bakı. Elçin Mehdiyev – Trend:
İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səlahiyyət müddəti başa çatan səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib: “Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Rəsmi coğrafi sərhədlərin dəyişməsinin əleyhinəyik. Biz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini istəyirik və bu yolda əlimizdən gələn köməyi etməyə hazırıq”.