...

Dağlıq Qarabağda yol qəzasında xeyli sayda erməni hərbçi xəsarət alıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2017 15:44 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində növbəti yol-nəqliyyat hadisəsində qəzaya uğrayan hərbi maşında xeyli sayda erməni hərbçi xəsarət alıb.
Dağlıq Qarabağda yol qəzasında xeyli sayda erməni hərbçi xəsarət alıb

Bakı. Trend:

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində növbəti yol-nəqliyyat hadisəsində qəzaya uğrayan hərbi maşında xeyli sayda erməni hərbçi xəsarət alıb.

Trend-in məlumatına görə, ötən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.

Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

V.Qriqoryan öz keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Xocavənddə yerləşən hərbi hissədən olan gənc əsgərlər ziyan çəkiblər.

V.Qriqoryanın sözlərinə görə, hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç nəfər əsgərin vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti