...

"Azəravtoyol" nümayəndələri 2 yaşlı Zəhra və nənəsinin məzarlarını ziyarət edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2017 15:07 (UTC +04:00)
"Azəravtoyol" ASC-nin nümayəndələri 2 yaşlı Zəhra və nənəsinin məzarlarını ziyarət edib
"Azəravtoyol" nümayəndələri 2 yaşlı Zəhra və nənəsinin məzarlarını ziyarət edib (FOTO)

Bakı. Trend:

“Azəravtoyol” ASC-nin rəhbərliyi və əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət ediblər.

ASC-dən Trend-ə verilən məlumata görə, Cəmiyyətin rəhbərliyi hadisənin baş verdiyi ərazidə olub, kənd sakinləri ilə görüşüblər.

Sonra mərhumların yaxınları ilə görüşərək onlara başsağlığı veriblər, həmçinin mərhumların qəbirlərini ziyarət edib, qəbirləri üzərlərinə gül dəstələri qoyublar.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti