...

Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2018 05:39 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində bütün tərəfləri Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etməyə çağırıb
Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb

Bakı. Trend:

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində bütün tərəfləri Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin diplomatik xidməti xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerininin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündən sonra bildirib.

F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib: "Bu kontekstdə vacibdir ki, tərəflər Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti