...

İşğal olunmuş Qarabağda məskunlaşdırılan xarici ermənilər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2020 13:27 (UTC +04:00)
İşğal olunmuş Qarabağda məskunlaşdırılan xarici ermənilər (FOTO)

Bakı. Trend:

Ermənistan Dağlıq Qarabağı işğal etdikdən sonra son 28 il ərzində xarici ölkələrdə yaşan erməni əhalinin regionda aktiv şəkildə qanunsuz məskunlaşdırılmasını həyata keçirir.

Trend-in məlumatına, BBC-nin rusdilli xidməti işğal olunmuş Dağlıq Qarabağda məskunlaşdırılmış Livan erməniləri barədə reportaj hazırlayıb.

Həmin reportajda bu qanunsuz aktların şahidi olmaq mümkündür. Belə ki, BBC müxbirlərinin danışdığı Livan erməniləri Azərbaycan kəndində məskunlaşdırılıblar. Burada təxminən 300 Livan ermənisi kompakt şəkildə yaşayır. Məskunlaşdırma Suriyada vətəndaş müharibəsi dövründə daha geniş vüsət alıb.

Ermənistanın bu prosesi həyata keçirərkən vaxtilə azərbaycanlı əhalinin çoxluq təşkil etdiyi kənd və rayonları seçməsi bir məqsəd daşıyır: süni şəkildə bölgənin demoqrafik xəritəsini dəyişmək və Qarabağdakı Azərbaycan irsini silərək gələcəkdə bu əraziləri qədim erməni torpaqları kimi təqdim etmək.

Bununla Ermənistan rəhbərliyi demoqrafik əngəllər yaradaraq azərbaycanlıların doğma torpaqlarına dönmələrinin qarşısını almağa çalışır. Bu onu göstərir ki, sözügedən rayonlarda 28 il əvvəl azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən Ermənistan bu gün də təcavüzkar siyasətindən əl çəkməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti