...

Elman Məmmədov: "Xocalı soyqırımının dünyada tanınması üçün parlament beynəlxalq təşkilatlara müraciət etməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2006 15:50 (UTC +04:00)

"Xocalı soyqırımını beynəlxalq aləmdə tanınması üçün 2002-ci ildə göstərdiyimiz cəhd alınmadı". Bu barədə Trend ə Xocalı rayon icra hakimiyyətinin sabiq başçısı, millət vəkili Elman Məmmədov bildirib.

Buna mane olan səbəbi açıqlayan E.Məmmədov bildirib: "Soyqırımı törədən erməni cinayətkarlarının və 366-cı rus alayının zabit heyəti barədə qərarımız yox idi. Soyqırımla bağlı 2002-ci ildə qəbul etdiyimiz sənədlərdə yalnız o vaxtkı ölkə rəhbərliyinin qırğına şərait yaratması öz əksini tapıb".

E.Məmmədov onu da bildirib ki, Xocalıda baş verən qırğının soyqırım kimi tanınması haqqında ilk dəfə 1992-ci ilin mart ayında Azərbaycan Respublikası Ali Sovetinin qərarı olub. İkinci dəfə isə məsələ ilə bağlı 1993-cü ilin fevral ayında belə bir qərar olub. "Xocalı soyqırımının tanınması ilə bağlı daha dolğun hüquqi və siyasi qiymət isə 1994-cü ilin fevralında Milli Məclisdə verilib".

E.Məmmədov Xocalı soyqırımına verilən hüquqi-siyasi qiymət və onun beynəlxalq aləmdə tanınması üçün Azərbaycan Milli Məclisinin lazımi səviyyədə hüquqi əsasları olan qərarının beynəlxalq təşkilatlara göndərilməsini vacib hesab edib.

Xəbər lenti

Xəbər lenti