...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2006 10:53 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 13-də cəbhə xəttində atəşkəsi pozublar. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 22.05-dən saat 23.00-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti