...

Ağdam istiqamətində atəşkəs yenidən pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bərdə /müxbir Trend Ş.Cəliloğlu/Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəsi yenidən pozub. Erməni hərbi birləşmələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindən 00:00 radələrindən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini 20-25 dəqiqəyə yaxın qısa fasilələrlə avtomat silahlarından atəşə tutub. Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, erməni hərbiçiləri ən çox cəbhənin bu istiqamətində atəşkəsi pozur.

Xəbər lenti

Xəbər lenti