...

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü apreldə keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2007 13:01 (UTC +04:00)

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü apreldə keçiriləcək. Bu barədə cümə günü Yerevanda Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Vardan Oskanyan bəyan edib.

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədrləri hazırda növbəti görüşün vaxtını dəqiqləşdirməyə çalışır, lakin hələ dəqiq tarix yoxdur. "Problem qrafiklərlə bağlıdır, lakin fikirləşirəm ki, aprel ayı ərzində görüş baş tutacaq", - deyə V.Oskanyan əlavə edib.

Ermənistan XİN rəhbəri məlumat verib ki, Yerevanda ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşdə Qarabağ probleminə və danışıqlar prosesinə yer ayrılıb, həmçinin ikitərəfli münasibətlər və Ermənistanda mayda keçiriləcək parlament seçkiləri haqqında danışılıb. Bu barədə ARKA məlumat verib.

Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş keçən dəfəki Oskanyan-Məmmədyarov görüşü münaqişənin həlli üzrə ATƏT Minsk qrupunun həmsədrləri - Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasyenin (Fransa) iştirakı ilə martın 14-də Cenevrədə keçirilib. Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşlərinin məqsədi Ermənistandakı parlament seçkilərindən sonra prezidentlər Köçəryan və Əliyevin görüşü üçün zəmin yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti