...

QAT hesab edir ki, Dağlıq Qarabağın statusu Ermənistandan qovulmuş azərbaycanlılar geri qaytarıldıqdan sonra müzakirə olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dağlıq Qarabağın statusu yalnız Ermənistandan çıxarılmış 250 min azərbaycanlı geri qaytarıldıqdan sonra müzakirə olunmalıdır. Bu barədə Qarabağ Azadlıq Təşkilatının bazar ertəsi yaydığı bəyanatda deyilir.

QAT hesab edir ki, Ermənistanda öz tarixi yurdlarından qovulmuş azərbaycanlılar öz yurdlarına qaytarıldıqdan sonra onlara veriləcək statusa uyğun Dağlıq Qarabağda ermənilərə status verilə bilər: "Beynəlxalq təşkilatların tutacağı yeganə optimal yol bundan ibarətdir. Əks halda Azərbaycan hərb yolu ilə torpaqlarını işğaldan azad etməlidir. Həmçinin Azərbaycan hakimiyyəti Minsk qrupunun fəaliyyəti ilə bağlı düzgün nəticələr çıxarmalı və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlardan imtina edilməlidir" - deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti