...

İran Dağlıq Qarabağla bağlı danışıqların davam etdirilməsinin vacibliyini bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova / İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. İran KİV-lərinin verdiyi məlumata görə, İran XİN-in rəsmi nümayəndəsi Məhəmməd Əli Hüseyni İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayarkən bəyan edib ki, İran münaqişə aparan tərəflərin danışıqları davam etdirməsinin tərəfdarıdır.

"İranda hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regional sabitliyin təminatına və region ölkələrinin inkişafına təsir göstərcək" - deyə o qeyd edib.

"Yuxarıda sadalanan məsələlər nöqteyi-nəzərindən çıxış edərək və ölkənin suverenliyini tanıyaraq İran konstruktiv danışıqları, xüsusilə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəstəkləyir və lazım gələrsə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mümkün qədər kömək etməyə hazırdır" - deyə Hüseyni bildirib.

Xəbər lenti

Xəbər lenti