...

Azərbaycanın baş prokuroru bir neçə gündən sonra işə çıxacaq

Siyasət Materials 27 Sentyabr 2007 17:53 (UTC +04:00)
Azərbaycanın baş prokuroru bir neçə gündən sonra işə çıxacaq

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Səhhətində problemlər yarandığına görə məzuniyyətə çıxan və Almaniyada müalicə olunan Azərbaycanın baş prokuroru Zakir Qaralov 2-3 günə işə çıxacaq. Bu barədə cümə günü Bakıda Trend ə eksklüziv açıqlamasında baş prokurorun əmisi, sabiq millət vəkili Zahid Qaralov məlumat verib.

"Baş prokuror mülaicəsini başa çatdırıb və hazırda dincəlir. Onun səhhətində hər hansı problem yoxdur və özünü yaxşı hiss edir", -deyə Qaralov bildirib.

Onun sözlərinə görə, baş prokurorun üzərində hər hansı cərrahiyə əməliyatı keçirilməyib, yaranmış problemi müalicə vasitəsilə aradan qaldırmaq mümkün olub.

Qaralov baş prokurorun Almayiyadan qayıdıb-qayıtmadığına dair suala konkret cavab verməyib.

Baş prokuror sentyabrın 13-də qan təzyiqinin qəflətən qalxması ilə əlaqədər olaraq, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sentyabrın 15-də evə buraxılıb. Sentyabrın 17-də isə, qısamüddətli məzuniyyətə çıxıb və müalicəsini davam etdirmək üçün Almaniyaya gedib.

Xəbər lenti

Xəbər lenti