...

Corc Buş Konqresi " erməni soyqırımını " tanımamağa çağırır

Siyasət Materials 11 Oktyabr 2007 03:04 (UTC +04:00)
Corc  Buş  Konqresi  " erməni   soyqırımını "  tanımamağa   çağırır

"Erməni soyqırımı" faktını tanınması haqda sənədin qəbulu ABŞ - Türkiyə münasibətlərinə "böyük ziyan" vurar.

"İTAR-TASS"ın yaydığı xəbərə görə bu barədə ABŞ prezidenti Corc Buş Ağ Evdə jurnalistlərlə görüşündə bildirib. O Amerika qanunvericilərini sənədi rədd etməyə çağırıb . " Onun qəbulu NATO-da və terrorla qlobal mübarizədə əsas müttəfiqimiz olan Türkiyə ilə münasibətlərimizə böyük ziyan vura bilər " - deyə Buş bildirib . Bu sənədin bu gün ABŞ Konqresi nümayəndələr palatasının xarici işlər komitəsində müzakirəyə çıxarılacağı gözlənilir . Bu sənəd mütləq öücə malik olmasa da, onun qəbul edilməsi ABŞ-ın çoxdankı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini gərginləşdirə bilər .

Çərşənbə günü qərarın qəbul olunmasının əleyhinə Amerika qanunvericilərinə həmçinin Dövlət katibi Rays və müdafiə naziri Qeyts müraciət ediblər . Onların fikrincə , bu sənədin qubul edilməsi ABŞ-ın əsas partnyorlarından biri sayılan Türkiyə ilə münasibətlərinə ciddi zərbə vura bilər .

" İndiki vəziyyətdə bu cür qərarın qəbul edilməsi bizim Yaxın Şərqdə etmək istədiyimizlərə ciddi problemlər yarada bilər " - deyə Rays qeyd edib . Amerika diplomatiyasının başçısının fikrincə , bu qərar " bizim İraq və Əfqanıstandakı işlərimizə çox mənfi təsir göstərər ", ona görə ki , Türkiyə ABŞ-ın bu regionda əsas strateji tərəfdaşıdır .

Qeyts, öz növbəsində xatırladıb ki , İraqa göndərilən hərbi yüklərin 70 faizi Türkiyə arəzisi vasitəsilə keçirilir . Onun sözlərinə görə , Pentaqonun münaqişə bölgəsinə göndərdiyi zirehli maşınların demık olar ki , hamısı Türkiyə ərazisi vasitəsilə İraqa çatdırılır . Bundan başqa , amerikan qoşunlarının İraqda istifadə etdiyi yanacağın üçdə biri Türkiyədən daxil olur . Hərbi qurumun başçısı konqresmenləri xəbərdar etdi ki , Türkiyə əleyhinə qərarın qəbulu və rəsmi Ankara tərəfindən neqativ reaksiya ABŞ-ın Türkiyə aeroportlarına və nəqliyyat magistralların yolunu bağlaya bilər . Bununla da İraqa hərbi texnikanın çatdırılması kanalı itirilə bilər .

Bu qanunverici təşəbbüsün qəbul olunmasına Konqres dəfələrlə əl atıb , lakin bu heç vaxt qəbul olunmayıb . ABŞ höküməti " Osmanlı imperiyasında ermənilərin kütləvi qırğını " n ı tanıyır , lakin " soyqırım " sözünü heç vaxt işlətmir . ABŞ-da erməni lobbisinin təsiri çox güclüdür . Türkiyə əleühinə olan sənədin qəbulunun tərəfdarları arasında nümayəndələr palatasının spikeri , ABŞ dövlət ierarxiyasında üçüncü sifət olan Nensi Pelosi çıxış edir . O bildirir ki , sənədin konqresin hər iki palatasında xeyli tərəfdarı var.

Xəbər lenti

Xəbər lenti