...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər Parisdəki məsləhətləşmələrdən sonra regiona səfər edəcəklər

Siyasət Materials 18 Oktyabr 2007 14:59 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər Parisdəki məsləhətləşmələrdən sonra regiona səfər edəcəklər

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfər öncəsi Parisdə məsləhətləşmələr aparırlar.

Vasitəçilər problemin sülh yolu ilə həllinin indiki mərhələsini müzakirə edəcək və oktyabrın 24-27-də Azərbaycan və Ermənistana səfər edəcəklər. Bu barədə Trend ə cümə axşamı telefonla Rusiya XİN-nin Dağlıq Qarabağ Qrupundan məlumat verilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə , hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Bir gün əvvəl Parisdə Rusiya və fransalı həmsədrlər - Yuri Merzlyakov və Bernar Fasye ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında götüş keçirilib. Azərbaycan XİN-nin mətbuat xidmətindən Trend ə verilən məlumata örə, tərəflər vasitəçilərin regiona səfərini müzakirə ediblər.Ermənistan XİN-nin məlumatına müvafiq olaraq, cümə günü həmsədrlər Parisdə, həmçinin, Ermənistanın XİN başçısı Vardan Oskanyanla görüşüblər. Görüş zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabrın 24-27 regiona nəzərdə tutulan səfərrlə bağlı məsələlər müzakirə olunub. "Tərəflər, həmçinin, həmsədrlərin Ermənistan və Azərbaycan prezidentiləri Robert Köçəryan və İlham Əliyevlə görüş zamanı qaldıra biləcəkləri bəzi məzmunlu məsələləri müzakirə ediblər" - deyə Ermənistan XİN-nin mətbuat xidməti qeyd edib.

Hazırda Parisdə yalnız Minsk qrupunun Fransa və rusiyalı həmsədrləri məsələhətləşmələr aparırlar.

Onların işinə amerikalı həmsədr Metyu Brayza da qoşulacaq. Məsələhətləşmələr başa çatdıqdan sonra onlar münaqişə regionuna baş çəkəcəklər" - deyə Rusiya XİN-nin Dağlıq Qarabağ Qrupundan məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti