...

Azərbaycan və Türkiyə prezidentləri strateji tərəfdaşlığa dair birgə Bəyannamə imzalayıblar

Siyasət Materials 6 Noyabr 2007 20:30 (UTC +04:00)
Azərbaycan və Türkiyə prezidentləri strateji tərəfdaşlığa dair birgə Bəyannamə imzalayıblar

Azərbaycan, Bakı / "Trend ", müxbir E.Hüseynov/ Azərbaycan və Türkiyə prezidentləri çərşənbə axşamı Bakıda strateji əməkdaşlığa dair birgə Bəyannamə imzalayıblar. Bəyannamənin imzalanması noyabrın 6-8-də Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdullah Gül ilə Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən danışıqların yekunu olaraq baş tutub.

Azərbaycan və Türkiyə arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlığı proqramı və proqramın icrası ilə bağlı plan imzalanıb.

Tərəflər arasında iki hökumətlərarası müqavilə də imzalanıb - əməkdaşlıq və tərəfdaşlığa dair müqavilə və gəncələr və idman sahəsində əməkdaşlığa dair müqavilə. Azərbaycanın Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Türkiyənin Qadın və Ailə Məsələləri Nazirliyi arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Xəbər lenti

Xəbər lenti