...

Qazaxıstan prezidentinin keçmiş kürəkəni və onun tərəfdaşlarına qarşı "Nurbank"ın əməkdaşlarının oğurlanması işi ilə bağlı 21 kriminal epizod üzrə ittihamlar irəli sürülüb

Siyasət Materials 9 Noyabr 2007 23:35 (UTC +04:00)
Qazaxıstan prezidentinin keçmiş kürəkəni və onun tərəfdaşlarına qarşı "Nurbank"ın əməkdaşlarının oğurlanması işi ilə bağlı 21 kriminal epizod üzrə ittihamlar irəli sürülüb

Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyev və onun tərəfdaşlarına qarşı 21 kriminal epizod üzrə ittihamlar irəli sürülüb. Bu barədə cümə günü Almatıja "Nurbank" əməkdaşlarının oğurlanması ilə bağlı işin məhkəmə iclasında dövlət ittihamçısı Vladimir Kirilenko məlumat verib. (İnterfaks-Kazaxstan). Konkret olaraq R.Əliyev mütəşəkkil cinayət qrupunun yaradılmasında ittiham olunur. Bu qruppa Əliyevin Vadim Koşlyak və Kurman Akimkulovla birgə rəhbərlik etdiyi güman edilir.

İttihama əsasən adıçəkilən şəxslərin rəhbərliyi altında "Nurbank"ın sabiq əməkdaşları olan Joldas Timraliyev və Aybar Xasenovun oğurlanması planı hazırlanaraq həyata keçirilib, sonradan isə bu bankirlərin bütün mülkiyyəti gizli şəkildə saxta sənədlərlə digər şəxslərin adına keçirilib. Bundan əlavə işdə qrupun özgənin mülkiyyətinə qeyri-qanuni sahib çıxması ilə bağlı çoxsaylı faktlar var. İddialara əsasən cinayətkar qrup Almatı və Almatı vilayətində olduğu kimi, Aktau və Astanada mülklərini mənimsəyib. İstintaq həmçinin müəyyən edib ki, ittiham olunanlardan biri Andrey Yeroşenko hər bir torpaq sahəsinin adına keçirilməsi müqabilində 500 dollar pul alırmış.

Sözügedən cinayətkar qrupp tərəfindən mənimsənilən mülkiyyət milyardlarla tenqe (hazırda 1 dollar 120,65 tenqeyə bərabərdir) həcmində qiymətləndirilir.

Bundan əlavə Rahat Əliyevin başçılıq etdiyi qrupun "Nurbank"ın müştərilərinin özək seyflərindən pul və qiymətli əşyaların oğurladığını iddia olunur. Ümumillikdə ittiham işinin həcmi 500 səhifədən çoxdur. Bu iş üzrə 24 nəfər ittiham olunur, onlardan 19-u prosesdə iştirak edirlər. 7 nəfər həbsdədir, digərləri isə ölkədən çıxmamaq barədə öhdəliyə imza atıblar.

Hakimin "öz günahınızı boyunuza alırsınızmı?" beş nəfər günahlarını qismən etiraf edib. Digərləri isə qətiyyən özlərini günahkar bilməyiblər. İttiham hökmü oxunandan sonra məhkəmə bu işə epizodlar üzrə baxmağa və prosesin gedişində ayrı-ayrılıqda hər bir epizod üzrə zərərçəkənləri, şahidləri və müttəhimləri dindirmək qərarına gəlib.

Məhkəmənin növbəti iclası noyabrın 12-ə təyin olunub.

Əvvələr xəbər verildiyi kimi Respublikanın Cinayət-prosesual məcəlləsinin 284 bəndinin ikinci hissəsinə əsasən R.Əliyev, V.Koşlyak, Milli Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri Alnur Musayev, Viktor Sapojnikov və Tolegen İmaşevin işi ilə bağlı qiyabi məhkəmə keçirilir. Çünki onlar xaricdə gizlənilirlər. Avqustda Avstriya məhkəməsi onların ekstradisiya etməkdən boyun qaçırıb.

Bununla yanaşı ilkin dinləmələrdə kommersiya telekanalı (KTK) koordinasiya şöbəsinin müdiri İvan Lixouzov və prezidentin mühafizə xidmətinin sabiq əməkdaşı Serqeə Koşlayın üzərindən ittihamlar götürülb. Onların hər ikisi bundan sonra şahidlər qisminə çıxış edəcəklər. "Nurbank"ın əməkdaşları J.Timraliyev və A.Xasenov bu ilin yanvarın 31-də bankın Almatıdakı baş ofisindəki insidentdən sonra yoxa çıxıblar. O vaxt bankın faktiki sahibi Rahat Əliyev olub. Bir müddət sonra Almatı şəhərinin polisi faktla bağlı cinayət işi açıb.

Bankın yoxa çıxan əməkdaşlarının harada olduğu barədə indidə də məlumta yoxdur. Oktyabrın 17-də Almatının daxili işlər departamenti rəisinin birinci müavini, polkovnik Amantay Aubakirov brifinqdə bəyan edib ki, Karasay rayonunun Koldi qəsəbəsi yaxınlığında oktyabrın 16-da tapılan insan qalıqları itən şəxslərdən birinə məxsus ola bilər. Lakin bu vaxtadək onların identifikasiyası keçirilməyib.

Xəbər lenti

Xəbər lenti