...

Azərbaycanda cinayətkar aləmlə sıx əlaqəsi olan "avtoritet" həbs olunub

Siyasət Materials 3 Dekabr 2007 13:21 (UTC +04:00)
Azərbaycanda cinayətkar aləmlə sıx əlaqəsi olan "avtoritet" həbs olunub

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanda cinayətkar aləmlə yaxından əlaqəsi olan "avtoritet" həbs olunub. "Daxil olan əməliyyat məlumatları əsasında cinayətkar aləmlə sıx əlaqəsi olan Abbas Əliyev şənbə günü həbs olunub" bazar ertəsi Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib.

Şənbə günü DİN-nin Baş Narkotiklərlə Mubarizə İdarəsi paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşən Bərdə rayonunda əməliyyat keçirib. Bərdənin iri restoranların ikisində - "Karvan" və "Çinar"da keçirilən əməliyyat nəticəsində 20 nəfərə yaxın şəxs saxlanılıb.

Gözəlov deyib ki, Əliyev tutularkən üzərində 1,3 qram narkotik maddə sayılan heroin aşkarlanıb. Onun sözlərinə görə, Əliyev əvvəllər iki dəfə həbs olunub. Onun Rusiyanın iri şəhərlərində narkotik maddələrin satıcısı kimi tanındığı müəyyənləşib. DİN təmsilçisi bildirib ki, əməliyyat zamanı onunla restoranda yeyib-içən digər şəxslər də saxlanılıb. Onların əksəriyyəti sərbəst buraxılıb. Əliyev isə istintaq aparılması üçün Bakıya gətirilib.

Xəbər lenti

Xəbər lenti