...

Roma papası və Vatikanın dövlət katibi bu il Azərbaycana gələcək

Siyasət Materials 8 Yanvar 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Roma papası imkan düşən kimi Azərbaycana gəlməyi planlaşdırır. Müqəddəs taxtın rəhbəri II Benedikt Azərbaycana səfər etmək niyyəti barədə ölkənin Vatikandakı səfiri Elçin Əmirbəyovla görüş zamanı bildirib.

"Səfərin dəqiq tarixi barədə nəsə demək hələ tezdir, belə ki, papanın iş qrafiki çox gərgindir. Lakin o, imkan düşən kimi bu səfəri reallaşdırmaq niyyətindədir" - deyə Trend ə Vatikandan telefonla səfir bildirib.

Səfirin II Benediktlə söhbəti, katolik kilsələrinin rəhbərləri ilə Yeni ilin qeyd edilməsi üçün Vatikana akkreditə olunan diplomatik missiyaların rəhbərləri arasında hər il keçirilən görüş zamanı baş tutub.

Əmirbəyov həmçinin Vatikanın dövlət katibi Tarçizio Bertone ilə də görüşüb.

Bertone mart ayının birinci yarısında Azərbaycana səfər etməyi planlaşdırdığı barədə səfirə məlumat verib. Bakıya səfər zamanı yeni katolik kilsəsinin açılışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti