...

Azərbaycanın xarici işlər naziri Tacikistan nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 Fevral 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı,12 fevral / Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan iqtisadi inkişaf və ticarət naziri Bobozoda Qulomconun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.XİN mətbuat xidmətinin məlumatında deyilir.

Nümayəndə heyətinin başçısı Bakıda keçirilmiş birgə hökumətlərarası komissiyanın iclasının nəticələrini müsbət qiymətləndirərək, iki dövlət arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi cəhətdən potensial sahələrin inkişaf etdirilməsi, digər sahələrdə əməkdaşlıq, birbaşa hava xəttinin açılması məsələlərinin müzakirə olunduğu haqda məlumat verib.

Görüşdə Tacikistanın ölkəmizdə səfirliyinin qısa zamanda açılacağı qeyd olunub və artıq səfirin təyin olunduğu diqqətə çatdırılıb.

Qarşılıqlı münasibətlərdə fəallaşmanı yüksək qiymətləndirən Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın inkişafına hər cür yardım göstəriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti