...

Gənclər "Azadlıq" meydanında mitinq keçirmək istəyirlər

Siyasət Materials 7 Aprel 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir C.Babayeva/ Müxalifət partiyalarının gənclər təşkilatlarının təsis etdiyi "Biz" koalisiyası Bakının mərkəzində yerləşən "Azadlıq" meydanında mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək. Bu barədə bazar ertəsi Trend a koalisiyada təmsil olunan Azərbaycan Gənclər Platformasının baş koordinatoru Nurəddin Babayev məlumat verib.

Babayevin sözlərinə görə, mitinqin keçirilmə tarixi aprelin son on gününə təyin olunacaq.

Koalisiyada Azərbaycanın Liberal, Demokrat, Xalq Cəbhəsi, Müsavat, Milli İstiqlal partiyalarının gənclər təşkilatları və müstəqil gənclər təşkilatları təmsil olunur. Koalisiyanın təsis olunmasında əsas məqsəd Azərbaycanın demokratik inkişafında gənclərin rolunu artırmaqdır.

"Mitinqin həbsdə olan jurnalistlərin azadlığa buraxılması, müxalif gənclərin sıxışdırılmaması tələbləri ilə keçirilməsi planlaşdırılır" - deyə Babayev bildirib.

Babayevin bildirdiyinə görə, mitinqin "Azadlıq" meydanında keçirilməsinə BŞİH tərəfindən icazə verilməyəcəyi təqdirdə, "Biz" koalisiyası məhkəməyə müraciət etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti