...

Azərbaycan və Türkiyə FHN-ləri birgə təlimlər keçirəcək – nazir

Siyasət Materials 11 Aprel 2008 14:22 (UTC +04:00)
Azərbaycan və Türkiyə FHN-ləri birgə təlimlər keçirəcək – nazir

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan və Türkiyənin Fövqəladə Hallar Nazirlikləri (FHN) birgə təlimlər keçirəcək. Bu barədə cümə günü Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakıda səfərdə olan Türkiyənin Dövlət naziri Cəmil Çiçəklə görüşündə bildirib.

Heydərovun dəvətilə Çiçək Azərbaycana 2 günlük rəsmi səfərə gəlib. Səfərdə məqsəd Azərbaycan və Türkiyə FHN-ləri arasında əməkdaşlıq məsələlərinin müzakirə olunmasıdır.

Heydərov qeyd edib ki, birgə təlimlərin keçirilməsində məqsəd Azərbaycan və Türkiyənin sərhəd bölgələrində mümkün fövqəladə hallara hazır olmaqdır.

"Birgə təlimlərin keçirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, biz buna nail olacağıq" - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti