...

" Biz istəyirik ki, Rusiya ilə çox gözəl münasibətlərimiz olsun " – AŞPA sədri

Siyasət Materials 23 İyun 2008 15:43 (UTC +04:00)

Fransa, Strasburq, 23 iyun / , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luiz Maria de Puç təşkilatın Rusiya ilə münasibətlərinin mükəmməl olmasını istəyir. "Biz istəyirik ki, Rusiya ilə çox gözəl münasibətlərimiz olsun", - deyə Maria de Puç bazar ertəsi AŞPA-nın yay sessiyası ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, Rusiya Təskilatın Monitorinq prosesi altında olan olkələrdən biridir və bu yaxıınlarda ASPA-nın həmmərüzəçiləri ölkəyə səfər edəcəklər.

"İrəliləyisler göz qabağındadır , amma bu sahədəki mövcud çatısmazlıqlar da tənqid olunub. Olkədə keçirilən son prezident seçkiləri daha müsbət tərzdə kecib. Prezident Medvedyevin fikirləri, ideyaları məndə çox maraqlı təəssürat oyatdı. Bu mənim şəxsi fikrimdir",- deyə ASPA sədri Rusiyada demokratik təsisatların fəaliyyətilə bağlı suala cavabında deyib. 

Sədr istisna etməyib ki bir aydan sonra Rusiyaya səfər edəcək və prezident Medvedyevi AŞPA-ya dəvət edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti