...

Rusiyanın ÜTT-yə daxil olması RF-Aİ münasibətlərinin inkişafında növbəti mərhələ olacaq – Avropa Komissiyasının katibi

Siyasət Materials 27 İyun 2008 13:24 (UTC +04:00)

Rusiya, Xantı-Mansiysk, 27 iyun/ Trend , müxbir R.Ağayev/ Rusiyanın ÜTT-yə daxil olması Aİ və RF arasında ticari-iqtisadi münasibətlərin inkişafında növbəti mərhələ olacaq, - bu barədə Xantı-Mansiyskdə keçirilən Rusiya-Avropa İttifaqı sammitinin açılışında Avropa Komissiyasının katibi Joze Manuel Barrozu deyib.

Bu gün Xantı-Mansiyskdə keçirilən Rusiya-Avropa İttifaqı sammiti öz işinə Rusiya prezidenti Dmitri Medvedyevin, Sloveniya Baş nazirinin, bu ilin ilk yarım ilində Aİ-da katiblik edən Yanez Yanşinin, Avropa Komissiyasının katibi Joze Manuel Barrozunun və Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Baş katibi Havyer Solananın iştirak etdiyi yüksək səviyyəli görüşlərlə başlayıb.

Barrozunun sözlərinə görə, Rusiya Aİ ölkələri üçün enerji resurslarının əsas təminatçısı, Aİ isə bu resursların və enerji daşıyıcılarının yüksək qiymətlərlə istehlakçısı olaraq qalır. Bunu Aİ-nin vətəndaşları çox yaxşı anlayırlar. 

"Rusiya-Aİ münasibətlərinin müxtəlif sahələrində yeni əməkdaşlıq üfüqlərinin açılmasına real zərurət var. Belə ki, bunun üçün kifayət qədər potensial mövcuddur", - deyə Barrozu bildirib. 

Onun sözlərinə görə, sammitdə Rusiya-Aİ strateji tərəfdaşlıq prizmasında dünya siyasətinin bir çox aktual məsələləri, o cümlədən Rusiya və Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsi, Yaxın Şərq böhranının tənzimlənməsi, İranın nüvə proqramı kimi məsələlər müzakirəyə çıxarılıb.

Avropa Komissiyası katibinin qeyd etdiyinə görə, biz qloballaşma dövründə daim təzyiq altındayıq və innovasiya ilə bağlı işlərdə birgə işlər görmək lazımdır. "Qloballaşmanın çağırışlarına cavab vermək üçün biz tərəfdaş olmağa hazırıq", - Barrozu əlavə edib.

Xəbər lenti

Xəbər lenti